“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda qanuna dəyişiklik layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, dəyişikliklə şəxsin cinayət məsuliyyətinə cəlbi üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilir.
Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısına 155 yeni narkotik vasitə əlavə olunur və beləliklə, həmin narkotik vasitələrin sayı 187-ə çatdırılır.
Deputatlar qanun layihəsini dəstəkləyib.