18 May 2021 00:15
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından bildirilib.

Məlumata görə, S.Əliyeva hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman məsələnin müvafiq orqanlar tərəfindən araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

S.Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.


Müəllif: Teleqraf.com