5 Noyabr 2022 13:05
18 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bir neçə gündür Xankəndidədir və orada görüşlər keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.

Nəşr qeyd edir ki, bazar günü Serj Sərkisyanın anası Noranın ölümünün ildönümüdür. Bu münasibətlə Ermənistanın keçmiş siyasi elitasının üzvləri də Xankəndiyə gələcəklər.

Qəzet bu münasibətlə bir neçə gündür Xankəndində olan Sərkisyanın orada görüşlər keçirdiyini də yazır.


Müəllif: Mənsur Rəğbətoğlu