6 Fevral 2023 12:09
2 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəlzələnin baş verdiyi Türkiyəyə ilk yardım əlini uzadan onun əsas dostları Azərbaycan və Rusiya oldu”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Türkiyə və Suriyada güclü zəlzələ baş verib. Türkiyədə 100-ə (284 nəfər – red.) yaxın, Suriyada 300-ə yaxın insanın həyatını itirdiyi açıqlanıb. Rusiya həm Türkiyəyə, həm də Suriyaya yardım edəcək.

Dünyanın hər yerindən xilasedicilər təbii fəlakətlə bağlı türk xalqına kömək etmək üçün Türkiyəyə uçur. Yardıma birinci gedən Türkiyənin əsl dostları Azərbaycan və Rusiyadan olan xilasedicilərdir. Daha sonra demək olar ki, digər ölkələr xilasedicilər göndərəcək”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu