8 Yanvar 2015 13:57
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 6-da Türkiyədə baş verən terror aktı ilə bağlı iki azərbaycanlının həbs edildiyi iddiaları yayılıb.

Publika.az xəbər verir ki, Türkiyənin “Vatan” qəzeti terror aktını törədən qadının çeçen əsilli sələfi olduğunu yazıb. Kamikadze qadının Sultanəhmədə gedərkən mindiyi taksidə rus dilində danışdığı haqda məlumatlar var.


Jurnalist Emre Erciş “Twitter” hesabında qadının sələfi olduğu və İŞİD-lə əlaqələrinin olduğunu iddia edib.


Terror aktına görə tutlanlar arasında İŞİD-lə əlaqədə şübhəli bilinən iki azərbaycanlının da olduğu iddia edilir.

Qeyd edək ki, terror aktı nəticəsində polis Kenan Kumaş və özünü partladan qadın ölüb. Partlayışı törədənin Elif Kalşen olduğu deyilirdi. Lakin Kalşen ailəsi tibbi ekspertizada onlara göstərilən cəsədin qızlarına aid olmadığını deyib.


Müəllif: