4 Avqust 2023 11:59
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamağa hazır deyil, hələ həllini gözləyən çətin məsələlər var”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi barədə siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq”, - diplomat bildirib.

Qonçar qeyd edib ki, bunlardan ən mühümü Azərbaycanın hüquq sahəsi çərçivəsində Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunması məsələsidir.

“Tərəflər üst-üstə düşən məntiqi 1991-ci il Almatı bəyannaməsinin effektivliyini qarşılıqlı təsdiq etdikdən sonra müəyyən ediblər. Sazişin həyata keçirilməsi üçün Ermənistan və Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almayan beynəlxalq dəstək mexanizminin yaradılması tələbi də var.

O vurğulayıb ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal kömək edir:

“Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında əldə edilmiş üçtərəfli anlaşmaların elementlərindən biridir. Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək bu sənədin hazırlanmasında Bakı və İrəvana enerjili yardım göstərir, üçtərəfli görüşlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm görüşür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər