1 Sentyabr 2023 12:21
50 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Cənubi Qafqazla bağlı Türkiyə ilə Rusiya arasındakı müzakirə predmeti olan məsələ zaman etibarı ilə strateji xarakter daşıyır. Regionda yenidən aranı qarışdırmaq, tamamilə yeni reallıqlar yaratmaq istəyən qüvvələr var. Bunu Qarabağda aydın hiss edirik.

Teleqraf.com-a açıqlamasında Natiq Miri belə deyib.

Onun sözlərinə görə, bu baxımdan qısamüddətli hərbi toqquşmalara gətirib çıxara biləcək təxribatlar da gözlənilir:

"Bu kontekstdə Türkiyə və Rusiya arasında Cənubi Qafqaz, xüsusilə Azərbaycan-Ermənistan məsələsinin müzakirə olunması həssas dönəmə təsadüf edib. Türkiyə rasional təkliflərlə Rusiya prezidenti qarşısında çıxış edəcək.

Eləcə də Türkiyə-Rusiya-Azərbaycan üçlüyü kontekstində Qarabağdakı proseslərin həllinə əhəmiyyətli şəkildə töhfə verilməsi vurğulanacaq. Bu problemin aradan qaldırılması üçün bu üç ölkənin birliyi yetərlidir. Çünki ortada 10 noyabr bəyannaməsi var. Bəyannamənin 4-cü maddəsinə görə qanunsuz erməni birləşmələri Qarabağı tərk etməlidir. Rusiyanın bu məsələdə öhdəliyi var. Düşünürəm ki, bunun üstünə Azərbaycan-Türkiyə birliyi gələrsə, Qarabağ problemini zəif bənd olaraq prosesdən çıxarmaq olar. Bu da o deməkdir ki, Rusiya Cənubi Qafqazda özünün geosiyasi maraqlarını müəyyən mənada təmin edə bilər. Bunun əksini düşünsək, Rusiya növbəti dəfə başından böyük iddialarla çıxış edərsə, Fransanın başlatdığı proseslər kontekstində Moskva tamamilə Cənubi Qafqazdan sıxışdırılıb çıxarıla bilər.

Siyasi ekspert qeyd edib ki, bu günə qədər Rusiyanın sıxışdırılma prosesində qardaş Türkiyə və Azərbaycan iştirak etməyib. Əgər Rusiya ona təklif olunan əməkdaşlığı rədd etsə, bu, Kremlin əleyhinə işləyəcək ciddi geosiyasi amil ola bilər. Düşünürəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə verə biləcəyi ən axırıncı şansdır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər