24 Oktyabr 2023 17:36
5 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni siyasi, iqtisadi və intellektual düşüncəsi üçün 30 il boşuna keçdi”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qurgen Arsenyan deyib.

“Mən sülh haqqında danışmışam, bundan sonra da danışacam, çünki sülh bizim ən böyük sərvətimizdir. Sülh olarsa, Ermənistan cəmiyyəti yalnız bizim üçün faydalı olan həyat tərzinə keçə bilər”, - siyasətçi bildirib.

Arsenyan Baş nazir Nikol Paşinyanın da sülhdə maraqlı olduğunu iddia edir:

“Baş nazir Avropa parlamentində çıxışı zamanı Avropa ictimaiyyətinə bildirdi ki, siz artıq Ermənistan ərazisində hər iki tərəf üçün qarşılıqlı faydalı fəaliyyətləri həyata keçirə bilərsiniz. Məsələn, boru kəmərləri, magistral yollar, yüksək gərginlikli elektrik xətləri və sair.

Bizim əsas məqsədimiz regional ölkələr və qonşularla, o cümlədən Avropa Birliyi, İran, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycanla fəal iqtisadi əməkdaşlıq etməkdir. Bu o deməkdir ki, biz 30 illik blokada rejimindən açıq, dinc, qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçirik, bu hazırlığımızı bütün dünyaya bildiririk”.

Arsenyanın sözlərinə görə, 30 illik Ermənistan-Azərbaycan müharibəsi başa çatıb, amma həlli tələb olunan bəzi problemlər var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər