Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan həm Ankara, həm də Azərbaycanla münasibətləri normallaşdırsın, sərhədləri açmağa hazırdır.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, normallaşmanın əsas prinsipləri odur ki, sərhədlər tanınsın, ərazi, bütövlüyü tam mənada yazılı şəkildə etiraf olunsun:
"Bunu ikitərəfli müqavilə Azərbaycanla Ermənistan arasında təsdiq etsin. Bu şərtlərdən sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər. Bunu dəfələrlə Türkiyə Prezidenti deyib. Bilmirəm ki, Mirzoyan nəyə sevinir... Onu sevindirən hansı amillərdir?.. Yəni Türkiyənin mövqeyi bundan ibarətdir.
Düşünmürəm ki, müqavilə bağlanmayana qədər sərhədlər açılsın. Türkiyə tərəfindən Ermənistana müəyyən güzəştlər verilib. İqtisadi, biznes dairələri ilə bağlı əlaqələri var. Amma tam münasibətlərin bərpası yalnız müqavilənin bağlanmasından asılı ola bilər. Bunu belə başa düşürəm. Hər halda Türkiyə rəsmiləri bunu belə izah ediblər".