12 Noyabr 11:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-un ikinci günündə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, COP29-un ilk günü uğurla başa çatıb: "Bu gün açılışı olacaq İqlim Sammitində dünya liderləri iqlim böhranı ilə bağlı öz fikirlərini bildirəcək, müzakirələr aparacaqlar".

Nazir müavini məlumat verib ki, Tərəflər Konfransında iqlim maliyyələşməsinin gücləndirilməsi üçün təkliflər ortaya qoyulacaq: "Burada hamımızın gücü lazımdır. Hər kəs bizim qlobal səylərimizə töhfə vermək üçün çalışmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər