“2023-cü ildə ABŞ-da istehsal olunan 36 giqavatt həcmində ekoloji cəhətdən təmiz elektrik enerjisi, yəni yaşıl enerji 20 milyondan çox evin elektrik enerjisi ilə təminatına kifayət edib”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Baydenin İqlim məsələləri üzrə müşaviri Con Podesta COP29-da çıxışında bildirib:
"Ötən həftə ABŞ-də prezident seçkiləri keçirilib, lakin buna baxmayaraq, ABŞ-dən olan nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə naminə fəaliyyət göstərmək üçün bu gün buradadır. ABŞ bu tədbirdən növbəti həftələrdə tutarlı nəticələr gözləyirik. Son 4 il ərzində ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olub".