12 Noyabr 15:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 Liderlər Sammiti həmrəyliyin və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyi altında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin ümumi evimiz olan Yer planetinə fayda gətirməsini arzu edirəm. Bu sammit sərhədləri aşan həmrəyliyin və təbiət, bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür", - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər