Bakıda binada yanğın baş verməsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
Yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdər. Bu barədə Trend-ə SN-nin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
***
Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.