16 Fevral 2016 16:58
312

Fevralın 16-da Fövqəladə Hallar Nazirliyində Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi ataşeləri ilə görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, qonaqlar, əvvəlcə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və əməliyyat zalı, eyni zamanda, Multi-media Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə hərbi ataşelərə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər, nazirliyin beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə həsr olunmuş sənədli film və keçirilmiş irimiqyaslı təlimdən bəhs edən videoçarx nümayiş olunub.

Naibə QURBANOVA


Müəllif: