8 Sentyabr 2016 15:04
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) tamhüquqlu üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformist – AECR) təmsilçiləri Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarneçkinin rəhbərliyi altında sentyabrın 9-10-da Bakıda səfərdə olacaqlar.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti üzvlərinin referendum öncəsi təbliğat və təşviqat kampaniyası ilə tanış olacaqları, eləcədə də müxtəlif səviyyələrdə görüşlər keçirəcəyi gözlənilir.

Xatırladaq ki, BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvlüyünə 2015-ci il noyabrın 13-də, AECR-in Şurasının Tunisdə keçirilən toplantısında qəbul olunub. 2015-ci ilin noyabrında isə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti - Alyansın prezidenti Yan Zahradil, Avropa Parlamentinin vitse-prezidenti Piçard Çarneçki, Alyansın AŞ PA-dakı qrupunun baş katibi Tom Van Dik, Alyansın icraçı direktoru Riçard Milsom BAXCP-nin dəvəti ilə Azərbaycanda səfərdə olublar və bir sıra görüşlər keçiriblər.

Qeyd edək ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Alyansın sentyabrın 16-da, Praqada keçirən toplantısına qatılacaq. BAXCP sədrini səfərdə partiyanın baş katibi Söhrab Abdullayev və sədrin köməkçisi Aydın Məmmədov müşayiət edəcək.

Nemət


Müəllif: