5 Oktyabr 2016 21:39
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən sonra 6 ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesində irəliləyiş üçün yorulmadan çalışıb və bu səylər davam etdirilir.

Teleqraf.com-un ATƏT-ə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Adəti üzrə tərəflər təmas xəttindəki vəziyyət, o cümlədən atəşkəs rejiminin pozulması haqqında məlumatları təqdim edirlər. Bu məlumatlar həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri daxil olmaqla, Minsk qrupunun üzvlərinə çatdırılır. Bizim iştirakımız zamanı baş verən atəşkəs rejiminin pozulması hallarını həmişə qeydə alırıq. Əks halda yerli hərbçilərin təqdim etdiyi məlumatlara əsaslanırıq".


Müəllif: