Teleqraf.com-un məlumata görə, Gürcüstanın Oni şəhəri yaxınlığında yerli vaxtla saat 01:04-də 3,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Kutaisi şəhərindən 68 km şimal-şərqdə, dərinliyi 15 km olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün Acarıstanda da 2,8 bal gücündə zəlzələ baş vermişdi.