Dəyəri 250 min avrodan, sayı 300 butulkadan artıq olan bahalı şərab bu gecə Parisin VI dairəsindəki şərab zirzəmisindən oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, qarət edilən zirzəmi fiziki şəxsə məxsus olub.
“Oğrular zirzəmiyə daxil olmaq üçün Paris katakombalarından keçib divarı qazıblar”, – deyə radiostansiyanın məlumatında bildirib.
Qeyd edək ki, Paris katakombaları orta əsrlərə aid mədəniyyət abidəsi olub, 2 kilometr uzunluğa malikdir.