İspaniya polisi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Sevilya”-“Spartak Moskva” qarşılaşmasından sonra rus fanatlara qarşı güc tətbiq edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polis rus fanatları dəyənəklə döyüb.
Hadisənin səbələri məlum deyil. Olayın görüntüləri sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb.
Həmin görüntüləri təqdim edirik: