6 Noyabr 2017 15:50
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni Feysbuk istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.

Teleqraf.com xəbəb verir ki, fotoda general-leytenant Yaşar Aydəmirov fotoda şəhid anasının əlini öpür.

Erməni Feysbuk istifadəçisi Haykaz Gevorgyan fotonu “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Yaşar Aydəmirovun sözügedən fotosu 1997-ci ildə xüsusi tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupu üzvlərinin noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Şəhid kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti olaraq ananın əlindən öpür və qarşısında baş əyir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər