Tovuz rayonunun Balaşamlıq kəndində silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan TOZ markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.