6 Fevral 2018 15:17
2 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib bölgəsində vurulan Rusiyaya məxsus Su-25 qırıcısı ilə bağlı rəsmi Moskva Ankaraya müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müraciətdə Rusiya tərəfi Türkiyədən qırıcının qalıqlarının tapılması üçün yardım istəyib.

Qeyd edək ki, hadisə fevralın 3-də baş verib. Qırıcının pilotu terrorçularla döyüşdə həlak olub.


Müəllif: Samir

Oxşar xəbərlər