Yeni doğulmuş bir uşağın boğazını və başını əlləri ilə sıxan tibb bacısının görüntüləri sosial mediada gündəm yaradıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə Səudiyyə Ərəbistanında baş verib. Səsli videodan tibb bacısının həmkarlarının onun bu qeyri-insani davranışına sərt reaksiya vermək əvəzinə güldükləri aydın olur.
Xəstəxana rəhbərliyi tərəfindən narazılıq doğuran bu olayla bağlı araşdırma aparılıb və həmin tibb bacıları dərhal işdən azad ediliblər. Onlar bundan sonra hər hansı xəstəxanada işə düzəlmək hüququndan da məhrum ediliblər.