Bu gün Gəncə şəhərində sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyr-qanuni aksiya keçirməyə cəhd göstərib.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb.
30-a yaxın iğtişaşçı saxlanılıb.
İki polis əməkdaşının xəsarət aldığı bildirilir.
Hüquq mühafizə orqanları vəziyyətə tam nəzarət edir.