17 Avqust 2018 08:50
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Ali Radasının Radikal Partiyasından olan üzvü İqor Mosiyçuklə “Xalqın iradəsi” deputat qrupunun nümayəndəsi Sergey Şaxov arasında "Pryamoy" telekanalının efirində dava baş verib.

Publika.az xəbər verir ki, dava Şaxovun sözlərindən sonra başlanıb.

O, Mosiyçuka gey-paradlarda iştirak etməməli olduğunu bildirib. Bundan sonra İqor Mosiyçuk yerindən qalxaraq Şaxovdan üzr istəməyi tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.

Telekanal əməkdaşlarının müdaxiləsi ilə aranı sakitləşdirmək mümkün olub, lakin telekanalın öz feysbuk səhifəsində yazdığına görə, deputatlar arasında dava verilişdən sonra liftdə də davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər