Bakıda və Abşeron rayonunda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Teleqraf.com xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb.
Sentyabrın 2-də saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Sərxan Bayramzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 4-də orada ölüb.
Bundan başqa, sentyabrın 4-də saat 4 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəmil İsmayılzadə idarə etdiyi “Jeep” markalı avtomobillə paytaxt sakini Validə Şirinovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Daha bir yol qəzası Abşeron rayonunun Novxanı kəndində qeydə alınıb.
Belə ki, sentyabrın 4-də saat 20 radələrində rayonunun Novxanı kəndi ərazisində Masazır kənd sakini Məmməd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Hikmət Nəsrullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.