Daxili İşlər Nazirliyi (DİN) Lənkərandan Bakıya gələn mikroavtobusun aşması ilə bağlı rəsmi məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb.
Nəticədə sürücü və sərnişinləri - Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Qəmər Salayeva orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.