21 Noyabr 2018 07:54
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı bəhai qadın Şəbnəm İsaxaninin mənzilinə basqın edib.

Teleqraf.com xəbər verir ki, ETTELAAT qadının Təbrizdəki mənzilində axtarış aparıb.

Basqın vaxtı Şəbnəm İsaxani evdə olmadığı üçün onu saxlamaq mümkün olmayıb.

Mənzildə axtarış aparılarkən qadının bir sıra şəxsi əşyaları götürülüb.

Şəbnəmin ailə üzvlərinə bildirilib ki, o, bu gün Təbrizin ETTELAAT İdarəsinə gəlib təslim olmalıdır. Qadının vəziyyəti ilə bağlı son məlumat, onun həbs edilib-edilməməsi barədə hər hansı bir xəbər yayılmayıb.

Xatırladaq ki, son üç gündə Təbrizdə daha 5 azərbaycanlı bəhai İran kəşfiyyatı tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb.


Müəllif: Mənsur Rəğbətoğlu