10 Yanvar 2019 13:53
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

İki avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov./Report/

***

11:37

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.

40 BS 143 nömrəli “VAZ 21010” markalı avtomobil 40 BL 944 “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Minik avtomobilində olan 3 nəfər ölüb, bir nəfər isə vəziyyəti ağır olduğu üçün Quba rayon Mərkəzi xəstəxanasına aparılıb. Yük maşının sürücüsünün vəziyyəti yaxşıdır.

Hadisəyə ilkin səbəb kimi yüksək sürət həddinin olması göstərilir.

***

Quba rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağırdır./“Qafqazinfo”/


Müəllif: Teleqraf.com