Ağcabədi rayonunda yaşayış evlərindən birinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi rayonundakı evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.
İstintaq aparılır.