Müsavat Partiyası başqanlığına əsas iddiaçılardan biri Qubad İbadoğlu partiya qərargahında müsavatçılarla görüşüb.
Teleqraf.com-un məlumatına görə, Q.İbadoğlu məsləhət xarakterli görüşdə ünvanlanan sualları cavablandırıb. Görüşə əsasən Səbael və Yasamal rayon təşkilatının üzvləri qatılıb. Q.İbadoğlu görüşdə müzakirələrin səviyyəsindən razı qaldığını açıqlayıb: “Ziyalılarımızın - Vurğun Əyyubun, Hikmət Hacızadənin, Nüşabə Sadıxlının, Almas Əliqızının, Sədaqət Paşayevanın çıxışı hamımızda yüksək əhval-ruhiyyə və gələcəyə nikbinlik yaratdı. Hikmət bəyin replikaları ovqatımızı yüksəltdi. Hər birimiz bu toplantıdan xoş təəssüratlarla ayrıldıq”.
Qeyd edək ki, sentyabrın 27-də Müsavat Partiyasının qurultayıdır. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa iddialılar sırasında Qubad İbadoğlu, Arif Hacılı, Səxavət Əlisoyun adı çəkilsə də, indiyədək yalnız Tural Abbaslı rəsmi şəkildə başqanlığa namizədliyini irəli sürüb.
Kəmalə