ABŞ-ın Corciya ştatının Atlanta şəhərindən keçən avtomobildən açılan atəş nəticəsində yeddi nəfər xəsarət alıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə yerli telekanal WSB-TV bildirib.
Polis yerli vaxtla səhər saatlarında baş verən atışma nəticəsində yeddi nəfərin xəsarət aldığını təsdiq edib. Həlak olanlar yoxdur.
Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Cinayətkarlar hadisə yerindən qaçıblar.