15 Sentyabr 2014 17:40
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şuranın iclasına dəvət üçün üzvlərin hamısına mesaj göndərilir. Son sessiyaya KXCP-nin niyə qatılmadığı barədə məndə məlumat yoxdur. Partiya üzvləri bunun səbəbinə aydınlıq gətirə bilər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Şuranın üzvü Vidadi Mirkamal deyib.

V.Mirkamal xaricdə yaşayan azərbaycanlıların Milli Şuraya üzv qəbuluna da aydınlıq gətirdi: “Bununla bağlı Koordinasiya mərkəzində müzakirə aparıldı. Qərara alındı ki, xaricdə yaşayan, amma Azərbaycan vətəndaşlığı olan insanları üzv qəbul edə bilərik. Qənimət Zahid və İsa Sadıqovla danışıq apardıq. Onlar üzv qəbul edilməklə olduqları ölkədə Milli Şuranın təmsilçisi hesab olunurlar, eyni zamanda Milli Şuranın ideyalarını da təbliğ edirlər”.

O, AXCP-yə və partiya sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən şəxslərin Milli Şuraya üzv qəbulu zamanı KXCP-çilərin etiraz etməsinə münasibət bildirdi:

“Bu narazılığın əsasları və səbəbləri indi də mənə məlum deyil. Birinci növbədə əsasnaməyə uyğun olaraq yeni üzvlərin qəbulu məsələsi Koordinasiya mərkəzində müzakirə olunur. Bu müzakirədə Mirmahmud Mirəlioğlu özü iştirak edirdi. O, Koordinasiya Mərkəzinin toplantısında heç bir etiraz bildirməyib. Birdən-birə məsələ sessiyaya çıxarılanda kütləvi etirazla qarşılandı. Şəxsən bu, indiyə qədər anlaşılmaz qalıb. İndi isə Qənimət Zahidi Əli Kərimlinin adamı kimi qələmə verib onu Milli Şura üzvlüyündən dışlamaq sadəcə olaraq bəhanədir. Onun üzvlüyünə də etirazı vardısa, Koordinasiya Mərkəzində öz irad və etirazını bildirəydi”.

Nərgiz


Müəllif: