Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Müşviqabad qəsəbəsində 50 yaşlı Hüseyn Abbasov naməlum şəxslə mübahisə edib.
Mübahisə zamanı o, xəsarət alıb.
Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov