25 Fevral 2020 00:30
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Yolu keçən 2003-cü il təvəllüdlü İbişov Elvin Ağabəy oğlunu minik avtomobili vurub.

17 yaşlı gənci vuran sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ mil biləyin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com