26 Fevral 11:20

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Kristina Ələsgərova yaşadığı evdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu şəhər Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni Kristina Ələsgərovanın həyat yoldaşı Ziyad Ələsgərov tərəfindən törədildiyi məlum olub. O, həbs edilib.

Ziyad Ələsgərov ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. O, hadisənin ailə münaqişəsi zəminində törətdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq hərəkətləri aparılır.


Müəllif: Hacı Zeynalov