9 Mart 2020 14:43
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda canavarlar kənd sakininin mal-qarasını yaralayıb.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Hücum edən canavarlar kənd sakininin bir baş iribuynuzlu heyvanını yaralayıb. Yaralı heyvana baytar tərəfindən lazımi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub.

Kənd sakinləri bildirib ki, canavarların kəndə hücumu mütəmadi olaraq baş verir.//Report.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər