Rusiyanın Volqoqrad şəhərinin Dzerjinsky rayonunda, Xoroşyev küçəsində partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayış Daxili İşlər Nazirliyinin istefada olan polkovniki Vladimir L.-in avtomobilinin ön oturacağında olan qumbaranın partlaması nəticəsində baş verib.
69 yaşlı Vladimir yaralanıb və xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hadisə yerində qumbaranın qəlpələri aşkarlanıb. Qumbaranın bilərəkdən partladılıb-partladılmadığı hələlik məlum deyil.
Polis əməkdaşları hazırda zərərçəkənin həyat yoldaşı ilə danışır, hadisəninhalları dəqiqləşdirilir. Polis polkovniki isə çoxsaylı qəlpə yaraları aldığı üçün əməliyyat edilib.