2 May 2014 13:47
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin bu gün keçirilən iclasında YAP-çı deputat Məlahət Həsənova Azərbaycan dili ilə bağlı məsələyə toxunub.

Teleqraf.com-un xəbərinə görə, hüquq müdafiəçisi Leyla Yunusun internetdə yayılan rus dilindəki çıxışına irad bildirən millət vəkili onu ittiham edib: “Leyla Yunus Azərbaycan dilini bilmir, ana dilindən yalnız söyüş söymək üçün istifadə edir. Onun Rəhim Qazıyevin dövründə hansı kəşfiyyata işlədiyini hər kəs bilir. Bu adam Azərbaycan vətəndaşıdır, amma ana dilimizə hörmət etmir”.

Spiker Oqtay Əsədov isə M. Həsənovaya irad tutaraq gündəlikdəki məsələlərdən çıxmamaqla bağlı xəbərdarlıq edib: “Mən Azərbaycan dilində danışıram, əgər bir də gündəlik pozulsa, mikrafonu söndürəcəyəm. Heç kim məndən inciməsin”.

Nemət


Müəllif: