Həbsdə olan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qardaşı Əkbər Lisani ürək çatışmazlığından vəfat edib.
Teleqraf.com xəbər verir ki, Əkbər Lisani İran ordusunun zabiti olub.
O, azərbaycanlıların milli haqları uğrundakı mübarizəsini dəstəklədiyinə görə, həmçinin Abbas Lisani ilə yaxın münasibəti səbəbindən uzun illər ordunun kəşfiyyat idarəsi tərəfindən təzyiqlərə məruz qalıb.
İranın aidiyyəti qurumlarının Abbas Lisaninin qardaşının yas mərasimində iştirakı üçün məzuniyyətə buraxılmasına icazə verib -verməyəcəyi hələlik bəlli deyil.