11 Sentyabr 2020 15:10
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Onun 2 evdən 340 manat pul və 100 manat dəyərində boyunbağı, 1 aptekdən 250 manat dəyərində 4 ədəd eynək, C.Mustafayevə məxsus təmir-tikinti aləti, 1 həyətyanı sahədən isə 2 ədəd velosiped oğurlaması da müəyyən edilib.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də rayon ərazisində Bakı şəhər sakini M.Akubayevanın çantasından içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş T.Şükürov saxlanılıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisində bir avtomobildən 150 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Rəsulov saxlanılıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də E.Məmmədovun içərisində 600 manat, hesabında 546 manat olan bank kartı və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Talıbzadə saxlanılıb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov