4 Dekabr 2020 22:28
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda qaz sızması nəticəsində fərdi mənzillərdən birində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sərkar kəndində baş verib.

Hadisə zamanı evdə olan şəxslərdən biri 24 yaşlı Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə ilk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.İlkin məlumata görə yaralı reanimasiya şöbəsinə yerləşdilib, onun vəziyyəti ağırdır.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.


Müəllif: Teleqraf.com