22 Yanvar 2021 13:09
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Yusifov həbs edilib.

Onun evinə baxış zamanı oradan “TT” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov