15 Aprel 2021 13:21
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Z.Əliyeva vurulub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Lənkəran şəhər-rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov