3 Noyabr 2014 13:43
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı olacaq”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə tanınmış müsavatçı Hüseyn Məlik çıxış edib.

“Bu məsələ əvvəldən bəllidir. Əvvəldən dəqiqləşmiş bir çox təyinatlar kimi, bu da planlaşdırılıb”, deyə o, bildirib.

H. Məlik isə daha bir maraqlı məqama toxunub. O, MNTK-nın Qubad İbadoğlunun arayışına verilən rəyin G. Aslanlı tərəfindən hazırlandığını iddia edib: “Qubad İbadoğlunun MNTK-ya göndərdiyi arayışa verilən cavabı Gülağa Aslanlı hazırlayıb, Arif Hacılı oxuyandan sonra İsa Qəmbər redaktə edib. MNTK-da müzakirə açmadan səsə qoyub qəbul edilibdir”.

H.Məlik həmçinin Müsavatda V.Əyyuba qarşı kampaniya aparanlara da cavab verib: "Bu gün Vurğun beyi Asıb Kəsənlər niyə Aydın Mirzəzadə, Fazil Qəzənfəroğlu ilə bir məclisdə oturursunuz?"

Ayxan


Müəllif: