13 İyun 2021 14:53
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndində baş verib.

Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranı idarə edərkən arxa tərəfdə olan həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidovu vurub. Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com