23 Noyabr 2021 10:04
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Uzunqazmalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Yoxlamalar zamanı 10 nəfərdən çox qonağın COVID-19 pasportu olmadığı üçün toy sahibi Mirzap Kaçiyev barəsində protokol tərtib edilib və o, 200 manat cərimələnib.

Digər bir qayda pozuntusu isə “Şam” restoranında keçirilən toy mərasimində qeydə alınıb.

Mərasim barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb və obyektin sahibi Əhməd Babayev inzibati məsuliyyətə cəlb edilib.


Müəllif: Hacı Zeynalov