Xocavənd rayonunda silah-sursat aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki işğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib. Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.