2 May 2022 18:45
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Ağdam rayon sakini Möhübət Məmmədov rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən nəzarət qaydasına uyğun polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparılıb, ərazidə partlamamış hərbi vasitələr və minaların insan həyatı üçün təhlükəli olduğu izah edilib.

Buna baxmayaraq işğaldan azad edilmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdirib.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində M.Məmmədov saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Onun barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib.

Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər