Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə FHN əməkdaşları cəlb edilib, qısa müddət ərzində yanğın söndürülüb: "İlkin məlumata görə, hadisə zamanı 15-16 kvadartmet ərazi yanıb. Əlavə məlumat veriləcək".